Bank Of Baku

Litvada keçiriləcək “Gənc Musiqiçilərin XIX Beynəlxalq Festivalı”nda Azərbaycan təmsilçiləri də iştirak edəcək

Litvada keçiriləcək “Gənc Musiqiçilərin XIX  Beynəlxalq  Festivalı”nda Azərbaycan təmsilçiləri də iştirak edəcək
# 06 aprel 2010 07:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 7-11 aprel tarixlərində Litva Respublikasının Kaunas şəhərində “Gənc Musiqiçilərin XIX Beynəlxalq Festivalı” keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin festivalda Azərbaycanı iki nəfər istedadlı yeniyetmə təmsil edəcək. Bununla əlaqədar Bakı şəhərinin uşaq musiqi məktəblərinin şagirdləri dinlənilib və seçim turu aparılıb. Bakı şəhəri L. və M. Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri, respublika müsabiqə qalibləri Kamran Ömərli (skripka) və Günay Ağalarova (fortepiano) hər iki mərhələdən uğurla keçdiklərinə görə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə festivalda iştirak etmək hüququ qazanıblar.
Sözügedən Festivalda 36 ölkənin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Çin, Rusiya, Türkiyə, Belarus, Moldova, Ukrayna, Gürcüstan və digər ölkələrin nümayəndələri iştirak edəcəklər. Sözügedən tədbirdə Azərbaycanı təmsil edəcək nümayəndələr tərəfindən Motsart, Çaykovski, Ştraus, Q.Qarayev, F.Əmirovun əsərləri səsləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR