Bank Of Baku

Gürcüstan kinematoqrafçıları azərbaycanlı həmkarları ilə əməkdaşlıq etmək istəyirlər - FOTO

Gürcüstan kinematoqrafçıları azərbaycanlı həmkarları ilə əməkdaşlıq etmək istəyirlər - <font color=red>FOTO</font>
# 06 aprel 2010 16:12 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. “Gürcüstan kinematoqrafçılarının kino çəkmək işində kifayət qədər təcrübəsi var. Lakin maliyyə imkanlarımız hələlik məhduddur. Məhz buna görə də yollar axtarırıq. Azərbaycanlı həmkarlarımızla işləmək, əməkdaşlıq etmək arzusundayıq. Bu bizim üçün çox maraqlıdır”. Bunu APA-nın Gürcüstan bürosuna gürcü kinoşünası Manana Suradze deyib. Sovetlər birliyi zamanı film çəkmək işinin bir mərkəzdən idarə olunduğunu bildirən kinoşünas deyib ki, son 5 ildə ölkədə yeni studiyalar yaranmağa başlayıb: “Elə bu son dövrdə gürcü kinosunun inkişafı başlayıb. Hazırda 4 milyon dollar vəsait ayrılıb və vəsaitə sahib olub, kino çəkmək üçün müsabiqə elan olunub. Keçən il Qazaxıstanla “O biri sahil” adlı film çəkdik. Ümid edirik ki, belə layihələr Azərbaycanla, eyni zamanda Ukrayna ilə həyata keçiriləcək. Hələ ki, Azərbaycanlı həmkarlarımızla birlikdə vəsait qoyub çəkdiyimiz film yoxdur. Mən bunu çox istərdim. Lakin bizim problemimiz maliyyə çətinliyi ilə əlaqədardır”.

Gürcü rejissoru Georgi Aqvadze isə APA-ya bildirib ki, gürcü kinosu indi 30 il əvvəlki kimi filmlər çəkə bilmir: “Biz gürcülər kino çəkməyi bacarırıq. Azərbaycanla da müştərək filmlər çəkə bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR