Bank Of Baku

“Azərbaycan Kino Həftəsi”nin təntənəli açılış mərasimi keçirilib - FOTO

“Azərbaycan Kino Həftəsi”nin təntənəli açılış mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 06 aprel 2010 17:29 (UTC +04:00)
“İnanıram ki, bir həftə davam edəcək kino həftəsi kino işçiləri üçün əsil bayrama çevriləcək. Həqiqətən də bu bir həftə ərzində bütün Azərbaycan tamaşaçıları yeni çəkilən filmləri izləyib zövq alacaqlar. Əminəm ki, bundan sonra Bakının görkəmli yerlərində çəkilən filmlərin sayı daha çoxalacaq. Çox sevindirici haldır ki, artıq neçə illərdir hər il Azərbaycan kinosuna 6 milyon manata qədər vəsait ayrılır. Uzun illər bu bizim arzumuz olsa da, hazırda bu gün bu gerçəklikdir. Sözsüz ki, bu gün də Azərbaycan kinosunda axsayan yerimiz var. Kino yayımı, kino nümayişi sistemi istədiyimiz səviyyədə deyil. Ağsayan yerimizin müəyyən qədər düzəlməsi üçün nazirlik olaraq müəyyən layihələr həyata keçiririk. Azərbaycanda kino həftəsinin keçirilməsi də bu istiqamətdə təşkil olunan layihələrdən biridir”.

Nazir qeyd edib ki, müstəqilliyimiz dövründə Azərbaycan filmləri nümayiş olunduğu beynəlxalq festivallarda maraqla qarşılanır və çoxsaylı mükafatlara da layiq görülüb: “Azərbaycan kinosunun qədim tarixi var. Bu illər ərzində Azərbaycan kino xadimləri sübut etdilər ki, yetərli istedad sahibdirlər”.

Çıxışlardan sonra “Vətən and yerimizdir” devizi altında vətənpərvərlik mövzusunda ən yaxşı bədii film ssenarisi müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqədə I yerə “Mən evimə qayıdıram” ssenarisinə görə müəllif İsmayıl Səfərəliyev (ssenari üzrə film çəkiləcək); II yerə “Böyüyən övladlar” ssenarisinə görə müəllif Səidə Vəliyeva (1500 manat) və III yerə isə “Qarabağ. Dörd gün” ssenarisinə görə müəllif Leyla Tarıverdiyeva (1000) layiq görülüblər.

Daha sonra “Mozalan” satirik - jurnalının növbəti buraxılışı da tamaşaçılara təqdim olunub. “Azərbaycan kino həftəsi” Samir Kərimoğlunun rejissoru olduğu və “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan “Niyyət” filminin nümayişi ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR