Bank Of Baku

Rusiyanın aralarında Rüstəm İbrahimbəyovun da olduğu 12 kino xadimi alternativ Kinematoqrafçılar İttifaqı yaradır

Rusiyanın aralarında Rüstəm İbrahimbəyovun da olduğu 12 kino xadimi alternativ Kinematoqrafçılar İttifaqı yaradır
# 08 aprel 2010 11:35 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiya Kinematoqrafçılar İttifaqının rəhbəri Nikita Mixalkovun siyasəti ilə razı olmayan bu ölkənin 12 kino xadimi, o cümlədən rejissor Rüstəm İbrahimbəyov “Xoşumuza gəlmir” (“Nam ne nravitsya”) adlı müraciət yayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, kino xadimləri alternativ ittifaq yaratmağı düşünürlər. Müraciətə imza atanlar arasında Eldar Ryazanov, Viktor Matizen, Pavel Bardin, Daniil Dondurey, Yuri Boqomolov, Vladimir Kolqanov kimi tanınmış simalar var.
Kinematoqrafçılar İttifaqında özbaşınalıq hökm sürdüyünü deyən V. Matizen ümid etdiyini bildirib ki, onlara qoşulanların sayı artacaq. Alternativ kino ittifaqının yaradılması barədə qərar Kinematoqrafçılar İttifaqının aprelin 28-də keçiriləcək növbədənkənar qurultayında elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR