Bank Of Baku

Hüseynağa Atakişiyevin xatirəsinə həsr olunan tədbir keçiriləcək

Hüseynağa  Atakişiyevin xatirəsinə həsr olunan  tədbir keçiriləcək
# 08 aprel 2010 11:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aprelin 9-da əməkdar incəsənət xadimi, Dövlət Gənclər Teatrının yaradıcısı və bədii rəhbəri olmuş Hüseynağa Atakişiyevin xatirəsinə həsr olunan tədbir keçiriləcək. Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə rejissor Sərvər Əliyevin hazırladığı Əziz Nesinin “Çağırış” tamaşası təqdim olunacaq.

Tamaşanın bəstəkarı əməkdar incəsənət xadimi Sərdar Fərəcov, rəssamı Vüqar Əlidir. Tamaşada əsas rolları əməkdar artist Qəmər Məmmədova, Qurban İsmayılov, Elşən Çarhanlı, Natiq Aslan, Hüsniyyə Əhmədova, Anar Səfiyev və başqaları ifa edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR