Bank Of Baku

Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəhman Quliyev dəfn olunub

Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəhman Quliyev dəfn olunub
# 08 aprel 2010 13:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Aprelin 7-də 56 yaşında dünyasını dəyişən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəhman Quliyevlə vida mərasimi keçirilib. APA-nın məlumatına görə, mərhumun yaşadığı evdə təşkil olunan vida mərasimində mədəniyyət və turizm naziri Əblüfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, ölkə teatrlarının rəhbərləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Vida mərasimindən sonra mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, bir ildir ürək ağrısından əziyyət çəkən R.Quliyev aprelin 7-də axşam saatlarında elə iş yerində dünyasını dəyişib.

Qeyd edək ki, Rəhman Ağarəhim oğlu Quliyev 26 iyul 1954-cü ildə Bakıda doğulub. 1974-1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1978-1981-ci illərdə Azərbaycan Özfəaliyyət Yaradıcılığı Evində zəhmətkeşlərin istirahətinin təşkili şöbəsinin müdiri, 1981-1984-cü illərdə Bakı şəhəri Mədəniyyət İşçiləri Evinin direktoru, 1984-1989-cu illərdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının direktor müavini, 1989-cu ildən isə direktor vəzifəsində çalışıb.

Azərbaycan prezidentinin 16 may 2006-cı il tarixli sərəncamına əsasən, «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR