Bank Of Baku

Azərbaycanın regionlarında yaradıcılıq görüşləri keçiriləcək

Azərbaycanın regionlarında yaradıcılıq görüşləri keçiriləcək
# 09 aprel 2010 08:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın regionlarında yaradıcılıq görüşləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, yaradıcılıq gecələrinin təşkilində məqsəd kənd əhalisinə göstərilən mədəni xidmətin yüksəldilməsi, onların asudə vaxtının mütəşəkkil təşkili, regionlarda mədəni həyatın canlandırılması, yaradıcı ziyalılara mütəmadi olaraq görüşlərin keçirilməsi, mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması, bölgələrlə mədəni əlaqələrin daha da möhkəmləndirilməsidir. Mədəniyyət və Turizm Nazirliyi rayon mədəniyyət və turizm şöbələri ilə birlikdə 2010-cu il aprelin 12-də Qəbələ rayonunda, aprelin 13-də Ağdaş rayonunda yaradıcılıq görüşləri təşkil edəcək. Tədbirdə iştirak etmək üçün nazirliyin əməkdaşları Oqtay Muxtarov, Almaz Sultanzadə, xalq artisti, rəqqasə Cəmilə Bayramova, əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu, əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurov, əməkdar artist, aktyor Əli Nur, “Niyyət” bədii filminin rejissoru Samir Kərimoğlu və aktyor Fuad Axundov, habelə xanəndələr Zakir Əliyev və Almaz Orucova, müğənni Cəlal Abbasov, musiqiçilər Kamal Nuriyev, Fariz Hüseynov Qəbələ və Ağdaş rayonlarına gedəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR