Bank Of Baku

Tahir Salahov “Birliyin ulduzları” mükafatına layiq görülüb

Tahir Salahov “Birliyin ulduzları” mükafatına layiq görülüb
# 09 aprel 2010 11:28 (UTC +04:00)
Moskva. Roman Ağayev – APA. Məşhur azərbaycanlı rəssam Tahir Salahov müasir təsviri sənətə verdiyi töhfələrə görə “Birliyin ulduzları” dövlətlərarası mükafatına layiq görülüb. APA-nın Moskva müxbirinin məlumatına görə, aprelin 9-da Rusiya Dövlət Kitabxanasının Paşkov Evində ilk dəfə olaraq mükafatın təqdimat mərasimi keçirilib.

Müstəqil Dövlətlər Birliyinin (MDB) Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu və MDB ölkələrinin humanitar əməkdaşlıq üzrə Şurası tərəfindən təsis olunmuş mükafat 3 nominasiya üzrə – elm sahəsində, təhsil sahəsində, mədəniyyət və incəsənət sahəsində nailiyyət əldə edənlərə verilib. T. Salahov mədəniyyət və incəsənət sahəsində xidmətlərinə görə bu mükafata layiq görülüb. Mərasimdə MDB Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun və MDB ölkələrinin humanitar əməkdaşlıq üzrə Şurasının üzvləri, MDB ölkələrinin yaradıcı ziyalıları iştirak edib. Mükafatları Rusiya Federasiya Şurasının və MDB Parlamentlərarası Assambleyasının sədri Sergey Mironov təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR