Bank Of Baku

Azərbaycanın 8 rəssamının əsərlərindən ibarət “Uçuşları seyr edənlər” adlı sərgi keçirilib - FOTOSESSİYA

Azərbaycanın 8 rəssamının əsərlərindən ibarət “Uçuşları seyr edənlər” adlı sərgi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 09 aprel 2010 16:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Müasir İncəsənət Mərkəzində Azərbaycan Mədəniyyət Fondunun dəstəyi ilə müasir rəssamların əsərlərindən ibarət “Uçuşları seyr edənlər” adlı sərgi keçirilib. APA-nın məlumatına görə, sərgidə Azərbaycanın 8 rəssamının - Altay Sadıqzadə, Məmməd Mustafayev, Eldar Məmmədov, Mikayıl Əbdürrəhmanov, Fuad Salayev, Şamil Buksayev, Ağa Ousseynov, Əli İbadullayevin abstrakt və dekorativ sənət nümunələri nümayiş olunub. Sərginin açılışında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva da iştirak edib. Tədbirdə çıxış edən Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva bildirib ki, eyni bir mövzu ətrafında 8 rəssam ilk dəfədir ki, bir araya gəlib: “Bəzən insana elə gəlir ki, şəkil çəkə bilən hər bir kəs rəssam ola bilər. Çəkilən əsərə ruh verə bilmək üçün ilahi istedad, dünyanın dərin dərki lazımdır. Bu rəssamlar Altay Sadıqzadənin təklifi ilə belə bir ideyanı gerçəkləşdiriblər və öz daxili sənət enerjilərini bölüşüblər. Bu əsərlər nailiyyətləri, uğurları, yenilikləri görən rəssamlar tərəfindən yaradılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR