Bank Of Baku

Azərbaycanda rok musiqisi gecəsi keçiriləcək – FOTO

Azərbaycanda rok musiqisi gecəsi keçiriləcək – <font color=red>FOTO </font>
# 13 aprel 2010 11:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mayın 2-də Azərbaycanda tanınmış rok qruplarının iştirakı konsert keçiriləcək. “Bakı küləyi” adı altında həyata keçirilən konsert Azərbaycanın Gənclər Təşkilatları Milli Şurasının Mədəniyyət Departamenti, “Bizim Gənclik” İctimai Birliyinin və “Bakı küləyi” şirkətinin birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq. “Bakı küləyi” şirkətinin sədri Babək Əliyevin APA-ya verdiyi məlumata görə, konsertdə Azərbaycanın “Milk&Kisses”, “Meridian” və “Milan” qrupları iştirak edəcək. “Landrmark” hotelinin “Rotunda” konsert zalında keçiriləcək rok konsert üç saat davam edəcək: “Üç saatlıq konsert proqramında rok qruplarının hərəsi bir saatlıq çıxışla səhnədə olacaqlar. Konsertdə rok sevərlərə unudulmaz bir gün vəd edirik. Konsertdə əsasən Azərbaycan dilli mahnılara üstünlük veriləcək. “Milk&Kisses” qrupu “Black Garaj” qrupunun müşayiəti ilə “Unformal”ın mahnıları da ifa edəcəklər. Digər iki qrupun ifasında rokla xalq mahnılarının sintezi səslənəcək”.

B. Əliyevin sözlərinə görə, hazırda konsertin yüksək səviyyədə təşkili üçün ciddi hazırlıq məşqləri aparılır: “Konsertin biletlərin qiymətini müəyyən edərkən gəncləri, tələbələri nəzərə almışıq. Konsertin biletlərinin qiyməti 10 manata satışa çıxarılacaq”.

Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə və Vesti.az xəbər portalına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR