Bank Of Baku

Türkiyənin tanınmış pianoçusu Azərbaycanda konsert verəcək

Türkiyənin tanınmış pianoçusu Azərbaycanda konsert verəcək
# 13 aprel 2010 11:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyənin dövlət sənətçisi, tanınmış pianoçu, Polşanın Dövlət Mükafatı sahibi Gülsin Onay Bakıda konsert verəcək. Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtım müşavirliyindən APA-ya verilən məlumata görə, pianoçunun Naxçıvandan başlayacaq “Nə yaxşı ki, doğdun, Frederik Şopen!” adlı konsert proqramı Bakıda yekunlaşacaq.
İki hissədən ibarət olan konsert Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq.
Gülsin Onayın Bakıdakı konserti aprelin 16-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR