Bank Of Baku

Azərbaycanı “Eurovision -2010” müsabiqəsində təmsil edəcək Səfurə Əlizadənin səhnə rəqslərini Beyons və Britney Spearsin xoreoqrafı hazırlayır - FOTO

Azərbaycanı “Eurovision -2010” müsabiqəsində təmsil edəcək Səfurə Əlizadənin səhnə rəqslərini Beyons və Britney Spearsin xoreoqrafı hazırlayır -  <font color=red>FOTO </font>
# 13 aprel 2010 12:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Gələn ay Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadənin ifa edəcəyi “Drop drop” mahnısının klipinin rejissoru Ruper Ueynrayntdır. APA-nın S. Əlizadənin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, Ruper Ueynrant “Grammy” mükafatı və “MTV Video Music Awards”ın laureatıdır. S. Əlizadənin xoreoqrafiyası üzərində isə “American İdol” şousunun xoreoqrafı, məşhur müğənnilər Beyons və Britney Spearsin kliplərinin rəqslərinin qurucusu JaGuel Nayt işləyir. S. Əlizadəni səhnəyə yeni obrazda “America’s Next Top Model” realiti-şousunun əsas siması Tanya Cill hazırlayacaq.

Onu da əlavə edək ki, təmsilçimizin müsabiqədə ifa edəcəyi “Drip drop” mahnısının son versiyası artıq hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR