Bank Of Baku

Azərbaycanlı dirijor təyyarə qəzasında həlak olmuş Polşa dövlət və ictimai xadimlərinin xatirəsinə konsert verəcək

Azərbaycanlı dirijor təyyarə qəzasında həlak olmuş Polşa dövlət və ictimai xadimlərinin xatirəsinə konsert verəcək
# 16 aprel 2010 09:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Aprelin 19-da Polşanın məşhur kollektivlərindən olan Kamera Filarmonik Orkestri ilə azərbaycanlı gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin konserti olacaq. Ə. Quliyevin APA-ya verdiyi məlumata görə, konsert aprelin 10-u Rusiyanın Smolensk şəhərində faciəvi şəkildə təyyarə qəzasında həlak olmuş Polşa dövlət və ictimai xadimlərinin xatirəsinə həsr olunacaq.

Qdansk şəhərinin “Müqəddəs Triniti” kilsəsində baş tutacaq konsertdə Əyyub Quliyev Polşa Kamera Filarmonik Orkestri ilə polyak bəstəkarı A. Tansmanın “Freskobaldinin mövzusu əsasında variasiyaları”, B. Brittenin “Simple symphony” və ilk dəfə olaraq Polşada səsləndiriləcək dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Nizami” simfoniyasını ifa edəcək.

Qeyd edək ki, Polşa Kamera Filarmonik Orkestri 1982-ci ildə yaradılıb və 30 ilə yaxın bir müddətdə dünyanın ən məşhur ifaçıları və solistləri - Mstislav Rostropoviç, Kşiştof Penderetski, Sabina Mayer, Boris Perqamenşikov, David Qerinqas, Gil Şaxam, Mişa Mayski və Natalia Qutmanla çıxış edib.

Əyyub Quliyev həmin orkestrlə çıxış edən ilk azərbaycanlı dirijor olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR