Bank Of Baku

İstanbulda keçirilən beynəlxalq yarmarkada azərbaycanlı rəssamların əsərləri nümayiş etdirilir – FOTOSESSİYA

İstanbulda keçirilən beynəlxalq yarmarkada azərbaycanlı rəssamların əsərləri nümayiş etdirilir – <font color=red>FOTOSESSİYA</font>
# 16 aprel 2010 13:26 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. İstanbulun Hərbiyyə muzeyinin salonunda açılan ART BOSPHORUS beynəlxalq sənət yarmarkasında Azərbaycanın xalq rəssamı Arif Hüseynov, İstanbulda yaşayan rəssam Əbülfəz Fərəcoğlu və Ankarada yaşayan rəssam Teymur Ağəlioğlunun yağlıboya tabloları nümayiş etdirilir. APA-nın Türkiyə bürosunun xəbərinə görə, beynəlxalq yarmarkada Gürcüstan, Qırğızıstan, Rusiya, Bolqarıstan rəssamlar ittifaqlarının stendləri var. Türkiyə və Avropanın bir çox qalereyası da yarmarkada iştirak edir.

Azərbaycanın xalq rəssamı Arif Hüseynov APA-ya açıqlamasında keçən il Yaponiyada açdığı sərgidən sonra milli motivdə işləməyi qərarlaşdırdığını söyləyib: “Buraya gətirdiyim yağlıboya tablolarım yeni dönəmdə işlədiyim əsərlərin bir qismini təşkil edir. Gələn il Novruz bayramı münasibətilə Parisdə - UNESCO-nun sərgi salonunda bu tərzdə daha çox əsər nümayiş etdirəcəyəm”.

ART BOSPHORUS beynəlxalq yarmarkasında tələbəsi Canan Karanla iştirak edən rəssam Əbülfəz Fərəcoğlu da İstanbulun mədəni həyatının içində olmaq üçün bu səpkili tədbirlərdə iştirakın vacibliyindən bəhs edib. Hər il fərdi və qrup sərgilərində iştirak etdiyini xatırladan Fərəcoğlu bundan sonra İstanbulda keçirilən “Artistanbul” və “Tüyap” yarmarkalarına qatılacağını deyib.

Ankarada yaşayıb-yaradan azərbaycanlı rəssam Teymur Ağəlioğlu isə bu yaxınlarda paytaxtın Çankaya rayonunda özəl qalareya açdığını bildirib. Onun sözlərinə görə, Türkiyənin sənət bazarında layiqli yer tuta bilmək üçün sənətkarların yarmarka və sərgilərə yenilikçi əsərlərlə gəlməsi vacibdir.

ART BOSPHORUS beynəlxalq yarmarkası aprelin 18-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR