Bank Of Baku

Azərbaycanlı pianoçu Murad Hüseynov Fransa və Belçikada konsert verəcək

Azərbaycanlı pianoçu Murad Hüseynov Fransa və Belçikada konsert verəcək
# 20 aprel 2010 11:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov Fransa və Belçikada konsert verəcək. Bu barədə APA-ya məlumat verən Murad Hüseynov bildirib ki, konsertlərin gələn ayın birinci yarısında həyata keçirilməsi nəzərdə tutulur. Hər iki konsert təklifi isə ölkələrin aidiyyatı qurumlarından gəlib. Fransa və Belçikadakı konsertində pianoçu Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirovun, eləcə də dünya klassikasına müraciət edəcək. Daha sonra isə azərbaycanlı musiqiçi Bakıda konsert proqramı ilə çıxış etməyi düşünür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR