Bank Of Baku

Muzey Mərkəzində “Caz stilli kuklalar” adlı sərginin açılışı keçirilib – FOTOSESSİYA

Muzey Mərkəzində “Caz stilli kuklalar” adlı sərginin açılışı keçirilib – <font color=red>FOTOSESSİYA </font>
# 20 aprel 2010 15:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Aprelin 20-də Muzey Mərkəzində Pərviz Hüseynov və İrina Qundorinanın “Caz stilli kuklalar” adlı fərdi sərgisi keçirilib. APA-nın məlumatına görə, sərgidə 25 iş təqdim olunub.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva deyib ki, kukla sənəti mahiyyətcə bütün digər ənənəvi incəsənət növlərindən erkən yaranıb: “İnsanlar mağaralarda yaşayanda, dəridən geyimlər geyinəndə də kuklalar yaradıblar”.

Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov Pərviz Hüseynov və İrina Qundorinanın yaradıcılığını yüksək qiymətləndirib.

Sərginin musiqi tərtibatını Tofiq Əsgərovun rəhbərliyi ilə caz-trio həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR