Bank Of Baku

Opera və Balet Teatrının kollektivi Milli Teatr Festivalı çərçivəsində üç tamaşa nümayiş etdirəcək

Opera və Balet Teatrının kollektivi Milli Teatr Festivalı çərçivəsində üç tamaşa nümayiş etdirəcək
# 21 aprel 2010 10:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi mayda Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə keçirilən Milli Teatr festivalı çərçivəsində üç tamaşa ilə çıxış edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 2-də teatrın səhnəsində dahi bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunacaq. 2008-ci ildə yeni quruluşda səhnəyə qoyulmuş “Yeddi gözəl” baletində əsas rollarda əməkdar artistlər İslam İslamov, Kamilla Hüseynova, Yelena Skomoroşensko, Alsu Qimadiyeva, Samir Səmədov və başqaları çıxış edəcəklər. Tamaşanı xalq artisti dirijor Cavanşir Cəfərov idarə edəcək.

Mayın 7-də isə Milli Teatr festivalı çərçivəsində operasevərlər Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasını dinləyə biləcəklər. Həmin tamaşada əsas partiyaları teatrın gənc solistləri Vüsalə Musayeva və İlkin Əhmədov ifa edəcəklər. Tamaşanın dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Mayın 25-də Opera və Balet Teatrının kollektivi Sumqayıt şəhərinə yollanacaq. Həmin gün Sumqayıt Dövlət Musiqili Dram Teatrının binasında sumqayıtlı musiqisevərlər üçün “Leyli və Məcnun” operası nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR