Bank Of Baku

Gənc Tamaşaçılar Teatrının kollektivi Şəkiyə gedəcək

Gənc Tamaşaçılar Teatrının kollektivi Şəkiyə gedəcək
# 21 aprel 2010 10:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı aprelin 21-22-də Şəki şəhərində qastrol səfərində olacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şəki şəhər İcra Hakimiyyətinin dəvəti əsasında gerçəkləşən bu səfərdə kollektiv Q. Fiqeyredonun “Ezop” (“Tülkü və üzüm”) tamaşası ilə Şəki Dövlət Dram Teatrının səhnəsində çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, əsas rollarda əməkdar artistlər İlqar Cahangirov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, aktyorlardan İradə Rəşidova, Vüsal Mehrəliyev, Rövşən Abbasov, Emin Sevdiməliyev və başqaları çıxış edəcəklər.
Kollektiv aprelin 23-də Bakıya dönəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR