Bank Of Baku

Azərbaycanın gənc rəssamlarının əsərləri Şimali Kipr Türk Cümhuriyyətində sərgilənəcək

Azərbaycanın gənc rəssamlarının əsərləri Şimali Kipr Türk Cümhuriyyətində sərgilənəcək
# 22 aprel 2010 10:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) Azərbaycanın gənc rəssamlarının sərgisi təşkil olunacaq. Azərbaycan Rəssamlar İttifaqının katibi, əməkdar rəssam Ənvər Qarayevin APA-ya verdiyi məlumata görə, sərgidə Azərbaycanın 20 gənc rəssamının müxtəlif janrda 60-a yaxın əsərinin nümayişi nəzərdə tutulur. Sərginin mayın ortalarında təşkili planlaşdırılır. Daha sonra bu sərginin qarşılığı olaraq ŞKTC rəssamlarının da Bakıda işləri nümayiş olunacaq.

Ə. Qarayev bildirib ki, bu ilin sentyabr ayında isə Azərbaycan rəssamlarının Almaniyada sərgisi təşkil olunacaq. Yerli rəssamların müxtəlif janrda 40-a yaxın dekorativ sənət nümunələri Alman sənətsevərlərinin ixtiyarına veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR