Bank Of Baku

Azərbaycan Bəstəkarlar İttifaqı 2010-cu ilin II rübündə keçiriləcək tədbirlərin siyahısını təsdiqləyib

Azərbaycan Bəstəkarlar İttifaqı 2010-cu ilin II rübündə keçiriləcək tədbirlərin siyahısını təsdiqləyib
# 22 aprel 2010 12:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Bəstəkarlar İttifaqı aprelin 29-dan mayın 1-dək Üzeyir Hacıbəylinin 125 illiyinə həsr edilən xalq çalğı alətləri üçün yazılmış əsərlərdən ibarət Plenum keçirməyi planlaşdırır. İttifaqın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2010-cu ilin II rübündə keçiriləcək tədbirin siyahısı ittifaqda keçirilən iclasda açıqlanıb. Aprelin 29-da görkəmli tarzən, pedaqoq, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, prezident təqaüdçısı Əkrəm Məmmədlinin “Azərbaycan muğamları” not nəşrinin təqdimatı, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin kamera tərkibli I konserti, aprelin 30-da həmin orkestrin kamera tərkibli II konserti, mayın 1-də Azərbaycan Dövlət Uşaq və Gənclər Xalq Çalğı Alətləri Orkestrinin konserti və həmçinin Plenumun konsertlərinin müzakirəsinin keçirilməsi planlaşdırılır.

Mayın 14-də əməkdar incəsənət xadimi Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçısı üzrə müsabiqənin III turu, mayın 20-də məşhur polyak bəstəkarı Frederik Şopenin 200 illiyinə həsr edilən konsert, sənətşünas alim İbrahim Quliyevin SSRİ xalq artisti Əfrasiyab Bədəlbəyliyə həsr etdiyi kitabın təqdimatı, mayın 24-də Arnold Şonberqin “Lunnıy Pierro” əsərinin ifası nəzərdə tutulub. Həmçinin iyun ayında əməkdar artist Arif Əsədullayevin “İnstrumental muğamlar” kitabının təqdimatı, əməkdar incəsənət xadimi Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçısı üzrə müsabiqənin yekun konserti və eləcə də Şəki şəhərində iyunun 26-dan 30-dək “İpək yolu” Beynəlxalq Musiqi Festivalının keçirilməsi də 2010-cu ilin II rübündə keçiriləcək tədbirlər planına daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR