Bank Of Baku

“Bəhram Gur” fəvvarə kompleksinin müəllifi, əməkdar rəssam Qorxmaz Sücəddinov 78 yaşında vəfat edib - FOTO

“Bəhram Gur” fəvvarə kompleksinin müəllifi, əməkdar rəssam Qorxmaz Sücəddinov 78 yaşında vəfat edib - <font color=red>FOTO </font>
# 22 aprel 2010 12:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın əməkdar rəssamı Qorxmaz Sücəddinov (Əskərbəyli) 78 yaşında vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Ənvər Qarayevin APA-ya verdiyi məlumata görə, rəssam uzun illər xərçəng xəstəliyindən əziyyət çəkib.

Mərhum rəssam Qorxmaz Sücəddinov Gəncədə anadan olub. 1960-cı ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. O, eləcə də bir çox ölkələrdə keçirilən sərgilərdə iştirak edib. Q. Sücəddinov Azərbaycan və Türkiyədə bir çox monumental heykəllərinin müəllifidir, onun əl işləri bir çox yerli və dünyaca tanınmış muzeylərində saxlanılır. Q. Sücəddinovun müəllifi olduğu “Bəhram Gur” dekorativ fontanı isə bütün Azərbaycana tanışdır. Onun son işlərindən biri isə xalq artisti Nəsibə Zeynalovanın xatirə lövhəsi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR