Bank Of Baku

Sumqayıtda Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert keçirilib

Sumqayıtda Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert keçirilib
# 26 aprel 2010 09:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət Məktəbində bəstəkar, pianoçu, caz-muğamın banisi Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert keçirilib. APA-nın məlumatına görə, konsertdən öncə qonaqlar məktəbin foyesində bəstəkarın həyat və yaradıcılığını əks etdirən foto materiallardan ibarət sərgiyə tamaşa ediblər. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Mənzər Nurəliyeva konsertin ölkə başçısı İlham Əliyevin bəstəkar Vaqif Mustafazadənin 70 illik yubileyi ilə bağlı imzaladığı sərəncama əsasən keçiriləcək silsilə tədbirlər proqramına daxil olduğunu bildirib. Konsertdə əməkdar artist Həsənağa Abbasquliyevin rəhbərlik etdiyi “Arena” caz orkestrinin ifasında bəstəkarın “Mart” kompozisiyası, xalq artisti Elxan Əhədzadənin ifasında səslənən mahnılar, gənc pianoçu İsfar Sarabskinin ifa etdiyi “Düşüncələr” kompozisiyası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsert zamanı eyni zamanda orkestrin ifasında dünya caz bəstəkarlarının məşhur kompozisiyaları da səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR