Bank Of Baku

Bakı Uşaq Teatrı İstanbulda keçirilən beynəlxalq teatr festivalında uğurla çıxış edib

Bakı Uşaq Teatrı İstanbulda keçirilən beynəlxalq teatr festivalında uğurla çıxış edib
# 26 aprel 2010 16:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakı Uşaq Teatrının kollektivi İstanbuldan səfərdən qayıdıb. Teatrın direktoru İntiqam Soltanın APA-ya verdiyi məlumata görə, səfər çərçivəsində teatr kollektivi “23 Nisan- Cocuk Bayramı” münasibəti ilə keçirilən beynəlxalq teatr festivalında dörd tamaşa ilə çıxış ediblər. İki gün ərzində festival iştirakçıları üçün “Əyləncəli oyunlar” və “Allahın bəlası” tamaşaları nümayiş olunub. Bu gün Vətənə qayıdan teatr kollektivi səfərdən məmnun qalıblar. İ. Soltan deyib ki, səfər çərçivəsində Bakı Uşaq Teatrı daha bir teatr festivalına dəvət alıb. Bu beynəlxalq teatr festivalı Ərzurumda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR