Bank Of Baku

Tammetrajlı bədii film ssenarisi müsabiqəsinə 78 bədii film təqdim olunub

Tammetrajlı bədii film ssenarisi müsabiqəsinə 78 bədii film təqdim olunub
# 27 aprel 2010 12:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyinin Kino üzrə Ekspert Şurasına 2011-ci ildə istehsalı nəzərdə tutulmuş tammetrajlı bədii film ssenariləri müsabiqəsinin I turu başa çatıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqəyə 78 bədii filmin ssenarisi təqdim edilib. Müsabiqənin şərtlərinə uyğun olaraq II-ci tura - ədəbi ssenarilərin yazılması mərhələsinə İlham Rəhimov - “Şərq xalçası”, Aqil Abbas - “Dolu”, Vidadi Həsənli - “Çölçü”, Adil Ələkbərov - “Mənim zolaqlı dostum”, Leyla Əfəndiyeva - “Caz şəhəri”, Asif Rüstəmov - “Yüksək gərginlik altında”, Mənsur Yusifov –“Köhnə ev”, Rüstəm İbrahimbəyov – “Proses”, Əliağa Məmmədov – “Alagöz”, Yavər Rzayev – “Kəndirbazın şəhəri”, X. Abdullayev, E. Alıyev, N. Bədəlov – “Teatr meydanı” işləri buraxılıb. Ədəbi ssenarilərin son təqdim olunma tarixi 31 iyuldur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR