Bank Of Baku

Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan Azərbaycanın “Təbəssüm” rəqs ansamblının solisti Vaqif Əsədova təşəkkür edib – FOTO

Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan Azərbaycanın “Təbəssüm” rəqs ansamblının solisti Vaqif Əsədova təşəkkür edib – <font color=red>FOTO  </font>
# 27 aprel 2010 13:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Hər il Türkiyə Cümhuriyyətində keçirilən 23 Nisan - Beynəlxalq Uşaq Bayramına Azərbaycandan da balaca istedadlar dəvət olunur.
Bu bayram da ən şanslı uşaqlara bir günlük prezident, baş nazir və digər strukturların rəhbərlərinin kreslosunda oturmaq xoşbəxtliyi də nəsib olur və onlar bu uca kürsülərdən dünyanın və insanlığın taleyini müəyyənləşdirən dövlətlərin başçılarına müraciət etmək fürsəti qazanırlar. Bu il festivalda Azərbaycan uşaqlarını Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən Uşaq Yaradıcılıq Studiyasının “Təbəssüm” rəqs ansamblı təmsil edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, balaca artistlərimiz öz gözəl rəqsləri ilə yaşıdlarının və on minlərlə tamaşaçının könlünü fəth etməyə müvəffəq olublar. Ansamblının solisti Vaqif Əsədov isə “seçilmişlər” sırasında ölkə rəhbərləri ilə görüşmək şərəfinə layiq görülüb. Digər ölkələrdən gəlmiş yaşıdları kimi o da Türkiyə prezidenti Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, TBMM-nin sədri Mehmet Ali Şahinlə söhbətlərdə iştirak edib, onlara Azərbaycan uşaqları adından xatirə hədiyyələr təqdim eləyib. Bu görüşlərdə balaca Vaqif doğma vətənindəki uşaqların arzusunu da dilə gətirib: ”Bizim dədələrimiz “Türkün türkdən başqa dostu yoxdur” inamı ilə yaşayırlar. Nə mutlu bizə ki, biz dostuq, bir yerdəyik, bir-birimizə dayağıq və bundan sonra da bir yerdə olacağıq”. Bu sözləri eşidən baş nazir Rəcəb Təyyub Ərdoğan Vaqifin təqdim etdiyi hədiyyəni aldıqdan sonra onu bağrına basıb və “Bu bayramda mənim üçün ən dəyərli hədiyyə sənsən” deyib. Türkiyənin aparıcı qəzetləri azərbaycanlı oğlanın arzusunu qəzetlərin əsas səhifəsinə çıxarıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR