Bank Of Baku

Musiqili Komediya Teatrının baş dirijoru Opera və Balet Teatrında “Don Kixot”u idarə edib

Musiqili Komediya Teatrının baş dirijoru Opera və Balet Teatrında “Don Kixot”u idarə edib
# 27 aprel 2010 14:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş dirijoru, əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov Opera və Balet teatrında oynanılan “Don Kixot ” baletinə dirijorluq edib. Dirijorun APA-ya verdiyi məlumata görə, 1983-cü ildən bəri bu teatrda çalışır və bu müddətdə onlarla tamaşaya dirijorluq edib. O, Opera Teatrına dəvət olunmasını yaradıcılığının yeni bir səhifəsi sayır və belə təcrübə mübadiləsinin ancaq sənətin xeyrinə olduğunu vurğulayır: “Mən illər öncə Moskvada məşhur Böyük Teatrda təcrübə keçərkən orada çalışan dünya şöhrətli dirijorların işini izləmək və onların yaradıcılıq imkanlarından bəhrələnmək, nələrisə öyrənmək imkanı qazanmışam. Bizim 100 yaşlı teatrımızın səhnəsində bir sıra yaddaqalan əsərlərin dirijoru olmuşam və həmişə də düşünmüşəm ki, qazandığım zəngin iş təcrübəmə arxayın olaraq Opera və Balet Teatrının da repertuarındakı hər hansı bir əsərə dirijorluq edə bilərəm. Elə buna görə də Opera Teatrı rəhbərliyinin belə bir təklifi ilə məmnuniyyətlə razılaşdım və 27 ildən bəri çalışdığım doğma kollektivimdə iş rejimimin xeyli gərgin olmasına baxmayaraq, mən “Don Kixot” tamaşasının dirijoru olmağa razılıq verdim. Tamaşa çox uğurla oynanıldı. Etiraf etməliyəm ki, orkesr yüksək peşəkarlıq səriştəsinə və musiqi həssaslığına malik olan ifaçılardan ibarət olduğu üçün o qədər də çətinlik çəkmədim. İnanıram ki, teatrlarımızın bu əməkdaşlığı gələcəkdə də davam etdiriləcək”.
Onu da qeyd edək ki, hazırda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında məşqləri gedən “Ləpələr” (bəstəkar Arif Məlikov) və “Amerikalı kürəkən ” (bəstəkar Ramiz Mirişli) tamaşalarının dirijoru da Nazim Hacıəlibəyovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR