Bank Of Baku

“Kazım Qarabəkir Paşa” sənədli filminin təqdimat mərasimi keçirilib

“Kazım Qarabəkir Paşa” sənədli filminin təqdimat mərasimi keçirilib
# 27 aprel 2010 16:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqında “Salnamə” sənədli filmlər studiyasında istehsal olunmuş “Kazım Qarabəkir Paşa” sənədli filminin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, təqdimatda çıxış edən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, xalq artisti Rasim Balayev ekran əsərinin həm mədəniyyət, həm də tarixi baxımından dəyərli olduğunu bildirib: “Bu filmi həm də vətəndaşlıq nöqteyi-nəzərindən qiymətli iş hesab etmək olar. Çünki belə bir şəxsiyyətin fəaliyyətini bilməmək, yeni nəslə təlqin etməmək günah olardı. Sevindiricidir ki, belə bir insan haqqında Azərbaycanda da müəyyən təəssürat yaratmaq üçün film çəkilib”.
Filmin quruluşçu rejissoru Tahir Əliyev də film barədə məlumat verib. Onun sözlərinə görə, belə bir filmin çəkilməsi ideyası Qafqaz Universitetinin müəllimi tərəfindən irəli sürülüb və təklif yüksək qiymətləndirilib. Filmin çəkilişləri Türkiyənin bir neçə şəhərində aparılıb.
Türkiyədən Bakıya gələn Kazım Qarabəkir Paşanın qızı Həyat Qarabəkir də tədbirdə çıxış edib. Belə bir filmin çəkilməsindən məmnunluğunu və təşəkkürlərini dilə gətirib. Mərasim 40 dəqiqəlik “Kazım Qarabəkir Paşa” sənədli filminin nümayişi ilə davam etdirilib.

Qeyd edək ki, filmin quruluşçu rejissoru Tahir Əliyev, ssenari müəllifi Güllü Məmmədova, prodüseri Böyükağa Məmmədovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR