Bank Of Baku

Azərbaycan, Ukrayna və Gürcüstanın opera sənəti ulduzlarının iştirakı ilə “Aida” operası nümayiş olunacaq

Azərbaycan, Ukrayna və Gürcüstanın opera sənəti ulduzlarının iştirakı ilə “Aida” operası nümayiş olunacaq
# 28 aprel 2010 11:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mayın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan, Ukrayna və Gürcüstanın opera sənəti ulduzlarının iştirakı ilə Cüzeppe Verdinin “Aida” operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada Aida partiyasını Ukrayna Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Ukraynanın əməkdar artisti Viktoriya Çenskaya ifa edəcək. V. Çenskaya Danimarka, Hollandiya, Almaniya, İspaniya, Fransa, İngiltərə və İtaliyada çox uğurlu qastrol səfərlərində olub. Finlandiyanın Helsinki şəhərində keçirilən beynəlxalq opera sənəti festivalında o, Aida partiyasının ən yaxşı ifaçısı üçün təsis edilmiş xüsusi prizə layiq görülüb.

Teatr rəhbərliyi Radames partiyasını ifa etmək üçün Gürcüstan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Gürcüstanın xalq artisti və dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvilini dəvət edib. Əsas partiyalardan biri – Amneris partiyasını isə Azərbaycanın əməkdar artisti Fidan Hacıyeva ifa edəcək.

Bundan başqa, tamaşada Azərbaycanın vokal ustaları, əməkdar artistlər, vokalçıların Bülbül adına I Beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatçısı Əli Əsgərov və vokalçıların İtaliyada keçirilən beynəlxalq müsabiqəsinin diplomantı Əkrəm Poladov da çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR