Bank Of Baku

Azərbaycanın tanınmış rok qrupları - “Milk&Kisses”, “Meridian” və “Milan” eyni səhnədə çıxış edəcəklər - FOTO

Azərbaycanın tanınmış rok qrupları - “Milk&Kisses”, “Meridian” və “Milan” eyni səhnədə çıxış edəcəklər - <font color=red>FOTO</font>
# 28 aprel 2010 11:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mayın 2-də Azərbaycanda “Bakı küləyi” adı altında həyata keçiriləcək konsertlə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən “Bakı küləyi” şirkətinin sədri Babək Əliyev bu konsertin Azərbaycanın Gənclər Təşkilatları Milli Şurasının Mədəniyyət Departamenti, “Bizim Gənclik” İctimai Birliyinin və “Bakı küləyi” şirkətinin birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacağın deyib. Konsertdə Azərbaycanın “Milk&Kisses”, “Meridian” və “Milan” qrupları iştirak edəcək. “Landrmark” hotelində keçiriləcək rok konsert üç saat davam edəcək:“Üç saatlıq konsert proqramında rok qruplarının hərəsi bir saatlıq çıxışla səhnədə olacaqlar. Konsertdə əsasən Azərbaycan dilli mahnılara üstünlük veriləcək. Rok sevərlər üçün maraqlı bir proqram hazırlamışıq və bu cür layihələrin daha çox olması istəyindəyik”.
B. Əliyev bildirib ki, Azərbaycan rok qruplarının yaxın ölkələrdə də konsertlərinin təşkili planlar sırasındadır. Eyni zamanda “Bakı küləyi” adı altında beynəlxalq rok festivalının keçirilməsi yönündə də danışıqlara aparılır. Konsertdə çıxış edəcək “Milk&Kisses” qrupunun üzvləri Fəridə və Dilarə, “Milan” qrupunun solisti Milan və “Meridian” qrupunun solisti Orxan Azərbaycanda roka kifayət qədər marağın olmamasından şikayətləniblər. Hər bir qrup üzvü ölkəmizdə bu musiqiyə olan marağın artırılmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə və Vesti.az xəbər portalına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR