Bank Of Baku

“Molla Nəsrəddin-Azərbaycan” III beynəlxalq karikatura müsabiqəsinin qaliblərinin adları açıqlanıb – FOTO

“Molla Nəsrəddin-Azərbaycan” III beynəlxalq karikatura müsabiqəsinin qaliblərinin adları açıqlanıb – <font color=red>FOTO </font>
# 28 aprel 2010 16:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda “Molla Nəsrəddin-Azərbaycan” III beynəlxalq karikatura müsabiqəsinin yekunlarına həsr olunmuş sərgi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov builki müsabiqənin Azərbaycanın görkəmli karikatura ustası Əzim Əzimzadənin 130 illiyinə və Rəssamlar İttifaqının yaradılmasının 70 illiyinə həsr olunduğunu deyib.

Karikaturaçı Rəssamlar Birliyinin sədri, karikaturaçı-rəssam Bayram Hacızadə ənənəvi “Molla Nəsrəddin” beynəlxalq karikatura müsabiqəsinə 2010-cu il aprelin 7-də, “Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin işıq üzü gördüyü gün yekun vurulduğunu söyləyib: “Beynəlxalq karikatura müsabiqəsinin təşkilatçıları “Molla Nəsrəddin-Azərbaycan” müsabiqəsini artıq 5 ulduzla qiymətləndiriblər. 5 ulduz bu sahədə 30-40 illik təcrübəsi olan ən mötəbər beynəlxalq karikatura müsabiqələrinə verilən ən yüksək qiymətdir. Müsabiqənin münsiflər heyəti qismində dünya şöhrətli karikatura ustalarının olması müsabiqənin obyektivliyinə və şəffaflığına zəmanət verir. Bu müsabiqədə 70 ölkədən 1000-ə yaxın rəssam iştirak edib”.

Sonra müsabiqənin qaliblərinin adları açıqlanıb. Məlum olub ki, Molla Nəsrəddin-Azərbaycan” III beynəlxalq karikatura müsabiqəsinin qızıl medalına ukraynalı rəssam Aleksey Kustovski, gümüş medalına türkiyəli rəssam Əhməd Aykanat və rusiyalı rəssam Mixail Zlatkovski, bürünc medalına Monteneqro, Polşa, Kuba karikaturaçıları, iki həvəsləndirici mükafata isə Azərbaycan və Fransa karikaturaçı-rəssamları sahib olublar. Tədbirdə müsabiqə qaliblərinin əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR