Bank Of Baku

Şuşa Dövlət Musiqili Dram Teatrı şimal bölgəsində qastrol səfərində olacaq

Şuşa Dövlət Musiqili Dram Teatrı şimal bölgəsində qastrol səfərində olacaq
# 01 may 2010 14:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Şuşa Dövlət Musiqili Dram Teatrı Azərbaycanın şimal bölgəsində qastrol səfərində olacaq. Teatrdan APA-ya verilən məlumata görə, teatr kollektivi bölgənin Quba, Xaçmaz və Qusar rayonlarının səhnələrində Elnurə Abdullayevanın Qarabağda baş verən faciəli hadisələrdən bəhs edən “Ağ qayıq” əsəri ilə tamaşaçıların qarşısında çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru Samir Qulamov, rəssamı Mahir Canamov, musiqi tərtibatçısı isə Aygün Zeynalovadır.

Qeyd edək ki, mayın 3-dən 5-dək davam edəcək bu qastrol səfəri “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi, Şuşa Dövlət Musiqili Dram Teatrı və “Azərsun-Holdinq”in “Bura Vətəndir” aksiyası çərçivəsində həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR