Bank Of Baku

Azərbaycanda Milli Teatr Festivalının II mərhələsinə start verilib

Azərbaycanda Milli Teatr Festivalının II mərhələsinə start verilib
# 03 may 2010 11:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanda Milli Teatr Festivalının II mərhələsinə start verilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, II mərhələdə Şəki Dövlət Dram Teatr kollektivinin ifasında Ə. Haqverdiyevin “Pəri cadu”, Molyerin “Xəsis”, Salyan Dövlət Kukla Teatrının ifasında R. Əlizadənin “Tülkünün uçuşu”, Qusar Dövlət Ləzgi Dram Teatrının ifasında Ə.Əmirlinin “Varlı qadın”, Dövlət Akademik Opera və Balet Teatrının kollektivinin ifasında Ü. Hacıbəylinin “Leyli və Məcnun”, Mingəçevir Dövlət Dram Teatr kollektivinin ifasında İ. Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı”, Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivinin ifasında C. Məmmədquluzadənin “Dəli yığıncağı” və Naxçıvan Dövlət Kukla Teatrının kollektivinin ifasında C. Məmmədquluzadənin “Çay dəstgahı” tamaşaları nümayiş olunacaq. II mərhələ mayın 3-dən iyunun 15-dək davam edəcək. Bu müddətdə Bakı və Sumqayıt şəhərlərində Ağdam, Füzuli, Şəki, Qusar, Mingəçevir və Naxçıvan dram teatrları, Salyan və Naxçıvan kukla teatrlarının çıxışları planlaşdırılır. Qeyd edək ki, Milli Teatr Festivalı 2010-cu il fevralın 22-də start götürüb. Festivalın I mərhələsində 6 teatr iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR