Bank Of Baku

Məşhur polşalı pianoçu Stanislav Dean Azərbaycanın bölgələrində konsert verəcək

Məşhur polşalı pianoçu Stanislav Dean Azərbaycanın bölgələrində konsert verəcək
# 03 may 2010 14:12 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Heydər Əliyev Fondu “Frederik Şopen ili” layihəsi çərçivəsində dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunan silsilə tədbirlər keçirir. Fondan APA-ya verilən məlumata görə, növbəti layihə məşhur polşalı pianoçu Stanislav Deanın Azərbaycanın bölgələrinə səfərlərini nəzərdə tutur.

Avropanın tanınmış pianoçusu mayın 5-də Lənkəranda, mayın 7-də Qəbələdə geniş tamaşaçı auditoriyası qarşısında çıxış edəcək. Həmin günlər Stanislav Dean yerli musiqi məktəblərində ustad dərsləri keçəcək. O, gənc musiqisevərlərə Şopenin əsərlərini ifa etməklə yanaşı, korifey sənətkarın yaradıcılığından geniş bəhs edəcək.

Klassik musiqinin təbliğinə önəm verən Fondun dəstəyi ilə indiyədək Azərbaycan paytaxtında Şopenlə yanaşı, D. Şostakoviçin və M. Rostroroviçin yubiley gecələri təşkil olunub. Ənənəvi Beynəlxalq Rostropoviç festivalları, Qəbələ Beynəlxalq musiqi festivalı və piano müsabiqəsi gənc nəslin musiqi zövqünün formalaşmasına və hərtərəfli inkişafına xidmət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR