Bank Of Baku

Frederik Şopenin anadan olmasının 200 illik yubileyi münasibətilə Azərbaycanda gənc pianoçuların festivalı keçiriləcək

Frederik Şopenin anadan olmasının 200 illik yubileyi münasibətilə Azərbaycanda gənc pianoçuların festivalı keçiriləcək
# 05 may 2010 13:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 11-13 may tarixlərində Polşanın Azərbaycandakı Səfirliyi və Mədəniyyət və Turizm Nazirliyi Frederik Şopen adına gənc pianoçuların festivalını keçirəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festival məşhur Polşa bəstəkarı Friderik Şopenin anadan olmasının 200 illik yubileyinə həsr olunub. Tədbirdə Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak edəcəklər. Festival iki - 13, 14-17 yaş qrupu üzrə keçiriləcək. Hər iki qrup üzrə iştirakçıların seçimi iki mərhələdən ibarət olmaqla onların dinlənilməsi yolu ilə baş tutacaq. Festivalda gənc pianoçular İ.S.Baxın iki və ya üç səsli invensiyasını, Y.Haydn, V.A.Motsart və L.V.Bethovenin sonatalarını, F.Şopenin noktürn, mazurka, polonez, prelüd və valslarını, Azərbaycan bəstəkarlarının əsərlərini ifa edəcəklər. Bu zaman bütün əsərlər əzbərdən ifa olunmalıdır. Dinlənilmə prosesi, o cümlədən laureatların konserti aşkarlıq şəraitində keçiriləcək. Hər iki yaş qrupu üzrə I, II və III yerlərə layiq görülən qaliblər müvafiq diplom və hədiyyələrlə təltif olunacaqlar. Laureatların konserti ilə festivala yekun vurulacaq. Xüsusi mükafat olaraq festivalın ən yaxşı ifaçısı müəllimi ilə birlikdə Polşanın Azərbaycandakı Səfirliyinin hesabına Polşanın Poznan şəhərində keçiriləcək F. Şopen adına Beynəlxalq müsabiqəyə dəvət olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR