Bank Of Baku

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Münhen opera sənəti festivalında iştirak edəcək

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Münhen opera sənəti festivalında iştirak edəcək
# 05 may 2010 14:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Münxen opera sənəti festivalında iştirak edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu günlərdə teatrının rəhbərliyi Avropada ən mötəbər musiqi festivallarından biri olan Münhen opera sənəti festivalının bədii rəhbəri Lüdvid Baumandan teatrın simfonik orkestrinin bu festivalda iştirak etməsi ilə bağlı dəvət məktubu alıb. Orkestrin bu dəfə ki qastrol səfəri avqustun 5-dən 10-na kimi olan müddətə nəzərdə tutulub və musiqiçilər səfər çərçivəsində festivalın qala-konsertində çıxış edəcəklər. Qala konsertdə Avropanın ən məşhur bəstəkarlarının əsərləri ilə yanaşı, həm də Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Polad Bülbüloğlunun musiqiləri səslənəcək.

Konsertdə orkestrin çıxışını xalq artisti, professor Cavanşir Cəfərov və Münxen Opera Sənəti festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrofk idarə edəcək. Simfonik orkestrin Almaniyaya qastrol səfəri Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə baş tutacaq.

Qeyd edək ki, teatrın simfonik orkestri artıq iki dəfə - 2007 və 2008-ci illərdə Münxen festivalında iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR