Bank Of Baku

İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb - FOTO

İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb - <font color=red>FOTO</font>
# 05 may 2010 14:55 (UTC +04:00)
İstanbul - APA. İstanbulun Asiya qitəsində yerləşən Böyük klubunda azərbaycanlı rəssam Sadıq Babayev və tələbələrinin rəsm sərgisi açılıb. APA-nın xəbərinə görə, sərgidə S. Babayev və tələbələrinin əsərləri nümayiş etdirilir. Açılış münasibətliə verilən ziyafətdə APA-ya açıqlama verən rəssam Münəvvər Sami deyib ki, 10 ildən çoxdur ki, Sadıq Babayev onlara dərs deyir: “40 tələbə indiyə qədər ondan heç ayrılmadıq. Sadıq müəllimlə bir neçə sərgidə iştirak etmişik. Baxın, bu sərgidə onun tələbələrinin neçə tablosu satılıb? Bizim tablo satışından da önəmli olan şey Sadıq müəllimdən öyrəndiklərimizdir. Çünki bilirik ki, onun sənət emalatxanasında çəkdiyimiz tablolar uşaqlarımıza qoyub gedəcəyimiz ən yaxşı miras olacaqdır”.

1952-ci ildə Tərtər rayonunda anadan olan Sadıq Babayev Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbini və V. İ. Muxina adına Rəssamlıq akademiyasını bitirib. Yaradıcılıq işlərini 1996-cı ildə Türkiyədə davam etdirir. İndiyə qədər Türkiyənin müxtəlif şəhərlərində 10 fərdi sərgi açıb, 30 qrup sərgisində iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR