Bank Of Baku

Polyak rejissorun “Katın” filmi “İbrus” teatrında nümayiş olunub - FOTO

Polyak rejissorun “Katın” filmi “İbrus” teatrında nümayiş olunub - <font color=red>FOTO</font>
# 06 may 2010 07:53 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. «İbrus» teatrında polşalı rejisser Andjey Vaydanın çəkdiyi “Katın” filmi nümayiş olunub. APA-nın məlumatına görə, tədbirin təşkilatçısı Polşanın Azərbaycandakı səfirliyi olub. Tədbirdə Azərbaycan ictimaiyyətinin nümayəndələri, Bakıda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Nümayişdən öncə Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski Rusiyanın ötən əsrin 30-cu illərində Katın meşələrində 21 min polyak zabitini güllələndiyi barədə məlumat verib. O xatırladıb ki, bu il aprelin 10-da zabitlərin güllələnməsinin 70 illiyi ilə bağlı tədbirlərə qatılmaq üçün Smolenskə gedən Polşa prezidenti Lex Kaçinski, onun xanımı Mariya Kaçinski və daha 94 nəfər təyyarə qəzasında həlak olublar.

Polşa televiziyasında çəkilmiş «Katın» filmi Anjey Mülyarçikin «Katın povesti» əsəri əsasında lentə alınıb. Filmin ilk kadrları 1939-cu il sentyabrın 17-dən, son kadrlar isə 1945-ci ilin payızından bəhs edir. Film 4 polşalı zabitin taleyi, onların başlarına gələn hadisələrdən məlumatları olmayan qohumları, zabitlərin ölümünə inanmayan, onların yolunu gözləyən sadiq həyat yoldaşları barədədir.

Film 2008-ci ildə “Oskar” mükafatına təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR