Bank Of Baku

BMT-nin qərargahında MDB Gənclər Simfonik Orkestrinin konserti olacaq

BMT-nin qərargahında MDB Gənclər Simfonik Orkestrinin konserti olacaq
# 06 may 2010 11:35 (UTC +04:00)
Moskva. Roman Ağayev-APA. Sabah BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında II dünya müharibəsinin başa çatmasının 65 illiyi münasibətilə MDB Gənclər Simfonik Orkestrinin konserti olacaq. Konsertdə azərbaycanlı musiqiçilər də iştirak edəcəklər. Bu barədə APA-nın Moskvadakı müxbirinə MDB ölkələri Dövlətlərarası Humanitar Fondunun mətbuat katibi Aleksandr Kaluqin məlumat verib. Konsertin təşkilatçıları Rusiyanın BMT yanında daimi nümayəndəliyi və MDB ölkələri Dövlətlərarası Humanitar Fondudur. Analoji konsert mayın 10-da Parisdə, YUNESKO-nun mənzil qərargahında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR