Bank Of Baku

Polşa pianoçusu Lənkəranda çıxış edib

Polşa pianoçusu Lənkəranda çıxış edib
# 06 may 2010 12:08 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Polşanın tanınmış pianoçusu Stanislav Deya Lənkəran tamaşaçıları qarşısında maraqlı konsert proqramı ilə çıxış edib. APA-nın cənub bürosunun məlumatına görə, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Heydər Əliyev Fondu və Polşa səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan konsert zamanı polşalı pianoçu məşhur bəstəkar Frederik Şopenin əsərlərini ustalıqla ifa edib.

Qeyd edək ki, Stanislav Deyanın Lənkəran səfəri Heydər Əliyev Fondunun “Fredrik Şopen ili” layihəsi çərçivəsində reallaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR