Bank Of Baku

“Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilən respublika rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilən respublika rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 07 may 2010 13:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyevin 87-ci ildönümü münasibətilə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən respublika rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. APA-nın məlumatına görə, mükafatlandırma mərasimində çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov bildirib ki, müsabiqə 3 yaş qrupu (6-10, 11-14 və 15-17 yaşlar) üzrə 3 mərhələdə keçirilib. Müsabiqədə on minlərlə şagird iştirak edib. Rayon mərhələsində I yer tutmuş işlər respublika mərhələsinə göndərilib. Respublika mərhələsinə təqdim edilmiş 300-ə yaxın rəsmdən 18 iş qalib gəlib. 185 iş T. İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasında təşkil olunan sərgidə nümayiş etdirilir.

Təhsil naziri Misir Mərdanov deyib ki, Heydər Əliyev haqqında çox yazılıb, çox deyilib, amma son söz deyilməyib: “Nə qədər müstəqil Azərbaycan dövləti var, Heydər Əliyev yaşayacaq”.

Millət vəkili Fəttah Heydərov isə bildirib ki, yetişməkdə olan gənc nəslin ürəyində Heydər Əliyevin portreti yaranıb: “Təsadüfi deyil ki, bu il 600 min məktəbli Heydər Əliyev haqqında inşa yazıb. Bu, o deməkdir ki, bu sayda məktəbli Heydər Əliyev haqqında düşünüb və səmimi düşüncələrini qələmə alıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR