Bank Of Baku

Eldar Mikayılzadənin sərgisinin açılışı keçirilib

Eldar Mikayılzadənin sərgisinin açılışı keçirilib
# 07 may 2010 15:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Heydər Əliyevin 87-ci ildönümü ərəfəsində Hacı Eldar Mikayılzadənin “Dahilərə ithaf” adlı sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, sərginin açılışında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Azərbaycanın xalq rəssamı Tahir Salahov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, xalq rəssamı, heykəltəraş Ömər Eldarov və digər şəxslər iştirak edib.

Tədbirdə çıxış edənlər müəllifin yaradıcılığında Heydər Əliyev obrazına dəfələrlə müraciət etdiyini bildiriblər. Sənətkarın yaradıcılığını yüksək qiymətləndirən iştirakçılar, yaratdığı tablolara və xalçalara görə ona təşəkkür ediblər.

Qeyd edək ki, bu, əsərləri Rusiya, Böyük Britaniya, Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı və Küveytdə şəxsi kolleksiyalarını bəzəyən rəssamın Azərbaycanda ilk sərgisi olub. Onun müxtəlif illərdə London, Paris, İstanbul və Brüsseldə fərdi sərgiləri keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR