Bank Of Baku

Xaricdə tanınan azərbaycanlı xalçaçı-rəssamın Azərbaycanda ilk sərgisi keçiriləcək

Xaricdə tanınan azərbaycanlı xalçaçı-rəssamın Azərbaycanda ilk sərgisi keçiriləcək
# 08 may 2010 08:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın xalçaçı-rəssamı Eldar Mikayılzadə gələn il Bakıda ilk fərdi sərgisini təşkil edəcək. E.Mikayılzadənin APA-ya verdiyi məlumata görə, sərgidə onun bir çox xalçaları və tabloları nümayiş olunacaq. Rəssam bu sərginin keçirilməsini çox arzuladığını vurğulayıb. Əsərləri müxtəlif dünya muzeylərində sərgilənən və şəxsi kolleksiyalarda saxlanılan tanınmış xalçaçı-rəssamın heç bir fəxri adının olmamasına gəlincə, E.Mikayılzadə bu barədə danışmaq istəmədiyini söyləyib: «Hesab edirəm ki, buna ehtiyac da yoxdur. Əsas sənətdə olan işdir. Fəxri ad olsa da olar, olmasa da. Biri mənə yaxınlaşıb dedi, çox sağ olun ki, bizi nağıllar aləminə saldınız. Mənim üçün bu, ən böyük dayaqdır».

Qeyd edək ki, Eldar Mikayılzadə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini və İncəsənət İnstitutunu bitirib, 1984-cü ildən xalçaçı-rəssam kimi fəaliyyətə başlayıb. Müxtəlif illərdə London, Paris, İstanbul və Brüsseldə fərdi sərgiləri keçirilib. Frankfurtda keçirilən sərgidə «Yaranış» xalçası qızıl medala layiq görülüb. Əsərləri Rusiya, Böyük Britaniya, Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı və Küveytdə şəxsi kolleksiyalarda saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR