Bank Of Baku

Azərbaycanda Xocalı soyqırımına həsr olunmuş respublika sərgi-müsabiqəsi keçiriləcək

Azərbaycanda Xocalı soyqırımına həsr olunmuş respublika sərgi-müsabiqəsi keçiriləcək
# 08 may 2010 09:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı ilə birgə Xocalı soyqırımına həsr olunmuş respublika sərgi-müsabiqəsi elan edib. Nazirliyin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, müsabiqənin keçirilməsində məqsəd Ermənistanın işğalçı ordusu tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş soyqırımı hadisəsini rəsm və rəngkarlıq, heykəltəraşlıq, tətbiqi sənət, plakat, müasir incəsənət (foto-art, video-art, installyasiya) daxil olmaqla təsviri sənət əsərləri vasitəsi ilə ifadə etmək, xalqımıza qarşı törədilmiş soyqırımı faktlarının bədii təcəssümünü nümayiş etdirməkdir.
Z.Əliyeva bildirib ki, sərgi-müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 2011-ci il yanvarın 30-dək Azərbaycan Rəssamlar İttifaqında davam edəcək. Müsabiqə rəsm və rəngkarlıq, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət və müasir incəsənət nominasiyaları üzrə keçiriləcək. Müsabiqədə I yer - 4 nominasiya, hər nominasiya üzrə bir nəfər, mükafatın məbləği - 2000 manat, II yer - 4 nominasiya, hər nominasiya üzrə bir nəfər, mükafatın məbləği - 1500 manat, III yer - 4 nominasiya, hər nominasiya üzrə iki nəfər, mükafatın məbləği - 1000 manat nəzərdə tutulub. Bununla yanaşı, müsabiqədə iştirak edənlər üçün 4 əlavə nominasiya, hər nominasiya üzrə dörd nəfər, mükafat məbləği - 300 manat mükafat nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR