Bank Of Baku

Xalça Muzeyində «Azərbaycan incisi Şuşa» adlı tədbir keçirilib - FOTO

Xalça Muzeyində «Azərbaycan incisi Şuşa» adlı tədbir keçirilib - <font color=red>FOTO</font>
# 08 may 2010 10:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Qarabağ zalında Şuşa şəhərinin erməni təcavüzkarları tərəfindən işğal olunmasının 18-ci ildönümünə həsr olunmuş «Azərbaycan incisi Şuşa» adlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən muzeyin direktoru Röya Tağıyeva bildirib ki, tədbirin keçirilməsində məqsəd gələcək nəsillərə Azərbaycan tarixinin qanlı hərflərlə yazılan Şuşa şəhərinin zəbt edilməsi haqqında məlumatlandırmaq, erməni işğalçılarının xalqımızın mədəniyyət sərvətlərinə vurduğu ciddi ziyandan bəhs etməkdir. Tədbirdə həmçinin hazırda qaçqın həyatı yaşamasına baxmayaraq özünə məxsus ənənələri olan Şuşa xalça sənətini davam etdirən insanlarla da görüş təşkil olunub.

Respublika Uşaq Təşkilatının Yasamal rayon şöbəsinin 24 saylı Uşaq və Gənclər yaradıcılıq məktəbinin şagirdləri Şuşaya həsr olunmuş şerlər söyləyib, qələbə çalmaq uğrunda hər kəsi mətnli olmağa səsləyiblər. Məktəblilərə Şuşa haqqında video-rolik və ətraflı məlumatlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR