Bank Of Baku

Azərbaycanlı pianoçu Brüssel və Parisdə solo konsertlə çıxış edəcək

Azərbaycanlı pianoçu Brüssel və Parisdə solo konsertlə çıxış edəcək
# 08 may 2010 10:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov Belçika və Fransaya səfər edəcək.

M.Hüseynovun APA-ya verdiyi məlumata görə, onun səfəri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı Brüssel və Parisdə verəcəyi konsertlə bağlıdır. Səfər çərçivəsində azərbaycanlı pianoçu mayın 10-da Brüsseldə, 11-də isə Parisdə solo konsert proqramı ilə çıxış edəcək. Hər iki konsertdə musiqiçi bəstəkarlar S.Raxmaninov, F.Şopen, eləcə də Azərbaycan bəstəkarları Q.Qarayev, F.Əmirov və başqalarının əsərlərini ifa edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR