Sabah Firəngiz Əlizadənin «İntizar» operasının yeni quruluşda premyerası olacaq
Fonddan APA-ya bildiriblər ki, beynəlxalq bədii heyət tərəfindən hazırlanmış yeni quruluş müasir Avropa musiqili teatr rejissurası prinsiplərinə əsaslanır.
Tamaşanın bədii tərtibatında ən müasir bədii-texnoloji vasitələr (hərəkətli səhnə, video-instalyasiya, mürəkkəb işıq partiturası) geniş tətbiq edilib. Libretto müəllifi “Üns” yaradıcılıq səhnəsinin yaradıcısı və bədii rəhbəri, professor Nərgiz Paşayevadır. O, Azərbaycan ədəbiyyatına dair monoqrafiyaların, dərsliklərin, elmi məqalələrin, “Üns” teatrında hazırlanmış çoxsaylı musiqi və teatr layihələrinin müəllifi və rəhbəridir.
Əsərdə Azərbaycan tarixinin yaxın keçmişində baş vermiş faciəli hadisələr xeyirlə şərin əbədi mübarizəsi kimi ümumbəşəri mövzu kontekstində açılır. Xəyanət və hiylə ilə qonaqpərvər diyara gələn şər qüvvələr xoş niyyətli sakinlərin sakit və dinc həyatını, arzularını məhv edir, zorakılıq və qəsbkarlıqla səfalı bir diyarı viran qoyur, insanları amansızcasına qətlə yetirir, var-yoxunu talayır, doğma yurd-yuvalarından didərgin salır. Bu dəhşətli hadisələrin əks-sədası bir ailənin faciəli taleyində izlənilir. Amma şər qüvvələrin basqısı nə qədər dəhşətli və ağrılı, güclü olsa belə, onlar Vətən sevgisi, ailə məhəbbəti ilə saf və imanlı həyat yaşayan insanların nə müqavimətini qırmaq, nə də onların qəlbindəki mübarizə əzmini məhv etmək iqtidarında deyil. Hadisələrin faciəvi axarına baxmayaraq, əsər əmin-amanlıq və xoşbəxtliyin, ədalətin intizarında olan insanların gələcəyə inam və ümidlərini, mübarizə əhval-ruhiyyəsini əks etdirən təsirli finalla bitir.
Tamaşanın quruluşçu rejissoru Moskva “Helikon-opera” teatrının bədii rəhbəri, “Qızıl maska” teatr mükafatı laureatı, Rusiyanın xalq artisti, professor Dmitri Bertmandır. Quruluşçu rəssam Hartmut Şorqhofer, dirijor Vladimir Ponkin, xoreoqraf Edvald Smirnov, xormeyster Gülbacı İmanova, geyim üzrə rəssam Korina Xrome, işıq üzrə rəssam Aleksandr Naumov, qrim üzrə rəssam Aliya Nurakişeva, video üzrə fettfilm Momme Hinriks, Torqe Mülle, səs rejissorları Stanislav Şevtsov, İqor Yurçenko, konsertmeysterlər Məlahət İsmayılova, Nərminə Əfəndiyevadır. Operada partiyaları gənc ifaçılar Ramil Qasımov, İnara Babayeva, Əvəz Abdullayev, Səbinə Vahabzadə, İlham Nəzərov, Azər Rzayev, Nəzrin Zərbəliyeva, Məhsəti Cabbarova, Anton Fernştadt, Tələt Hüseynov, Tural Ağasıyev, Mirpaşa Şükürov ifa edirlər.
İncəsənət
Əməkdar artist Arif Mirzəyev dəfn edilib - YENİLƏNİB-1
Bakı Beynəlxalq İncəsənət Festivalının ikinci mövsümündə 10 mindən çox tamaşaçı iştirak edib
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünya şöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Xəbər Lenti
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
Rusiya millisi AVRO-2028-in seçmə mərhələsinin püşkatmasına daxil edilməyib
Yeni hüquqi tənzimləmələrin tətbiqi ilə bağlı dövlət qulluğuna daxili müsahibə elanı ləğv edilib
Birbank-ın “Böl-ödə” krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Antalyaya uçan Rusiya təyyarəsində bomba təhlükəsi barədə məlumat daxil olub
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
Şuşanın "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” tədbirinin bağlanış mərasimi keçirilir
Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunun işçilərinin sayı və əməkhaqları müəyyənləşib
Peskov Putin və Si Cinpinin Ukraynadakı münaqişəni müzakirə etdiklərini açıqlayıb
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər - VİDEO
Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib
İran ordusu ABŞ-a məxsus MQ-9 PUA-sını vurduğunu bildirir
“AzerGold” rəsmiləri Filizçay layihəsi ilə bağlı Balakəndə yerli icma nümayəndələri ilə görüşüblər - FOTO
“Real Madrid” Arda Gülərlə yeni müqavilə imzalayıb
Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub
Azərbaycan Prezidenti Edqars Rinkeviçsi təbrik edib
Prezident İlham Əliyev Oman Sultanına təbrik ünvanlayıb
Putin, Tramp və Si Cinpin arasında üçtərəfli danışıqların mövzuları açıqlanıb
Kreml Putin və Trampın ikitərəfli görüşünün vaxtının hələ razılaşdırılmadığını bildirib
Bakıda Azərbaycan və Avstriya arasında siyasi məsləhətləşmələr keçirilib
Tarixçi Aydın Balayevin “Azərbaycan türkləri" əsəri Azərbaycan dilində nəşr edilib
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb - FƏRMAN
Bakıda növbəti dəfə Gələcəyin Peşələri Sammiti keçirilib - FOTO
Almaniyanın xarici işlər naziri Ermənistana gedib
Rafiq Danakari: Amaras monastırına ziyarət xüsusi əhəmiyyət daşıyır
Gəncədə yol qəzasında 4 nəfər xəsarət alıb
Moldova Rusiyaya nota verib
Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO
Şençjen sammiti: Çin, ABŞ və Rusiya liderlərinin görüşü beynəlxalq münasibətlərdə dönüş yarada biləcəkmi? – TƏHLİL
Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib
Azərbaycan və bp enerji layihələrinin inkişaf perspektivlərini müzakirə edib
Azərbaycanla Gürcüstan arasında iqtisadi tərəfdaşlığının genişləndirilməsi müzakirə edilib
Uşakov: Putin və Tramp bu gün görüşə bilərlər
Belçika ilə Fransa Ukraynaya ilin sonunadək 12 qırıcı təyyarə verəcək
Nazir: Minimum əməkhaqqının artırılması özəl sektorda maaş artımlarına təkan verir
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
Emin Əmrullayev: İxtisas seçimində əmək bazarının tələbləri hər zaman nəzərə alınmır
Trampın Çinə səfəri başlayıb
Alban-Udi icmasının nümayəndələri Amaras monastırını ziyarət edib - FOTO
Anar Əliyev: Süni intellekt daha çox ali təhsil və akademik bilik tələb edən peşələrə təsir göstərəcək
Nazir: Sertifikasiya nəticələrinə əsasən, işdən azad edilənlərin çoxu ibtidai sinif müəllimidir
Qevorq Papoyan: Ermənistan Aİİ-ni Avropa İttifaqı ilə əvəz etməyi nəzərdən keçirmir
Sabah Bakıda 21 dərəcə isti olacaq
Emin Əmrullayev: Əsas prioritetlərdən biri ibtidai təhsilin keyfiyyətinin yüksəldilməsidir
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - YENİLƏNİB-1 - FOTO
Qlobal təhsil bazarında yeni süni intellekt platforması - UniDestin fəaliyyətə başladı
“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib
Odun yanacağından istifadə edən bütün təhsil müəssisələri pellet yanacağına keçirilib