Bank Of Baku

Sadaxlıda Aşıq Məhəmməd Sadaxlının 80 illik yubileyi keçiriləcək

Sadaxlıda Aşıq Məhəmməd Sadaxlının 80 illik yubileyi keçiriləcək
# 10 may 2010 20:24 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Mayın 13-də Borçalı aşıq mühitinin canlı korifeyi, ustad sənətkar Aşıq Məhəmməd Sadaxlının 80 illik yubileyinə həsr edilmiş gecə keçiriləcək. Bu barədə APA-nın Gürcüstan bürosuna məlumatı Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fəxri Hacıyev bildirib. Onun sözlərinə görə, tədbir səfirliyin təşəbbüsü və dəstəyi ilə Sadaxlı kənd Mədəniyyət Evində keçiriləcək: “Aşıq Məhəmməd Sadaxlı Gürcüstanın “Şərəf” ordeninə layiq görülmüş ustad sənətkardır. Onun Sadaxlı kənd Mədəniyyət Evinin nəzdində yaratdığı “Saz” məktəbi” və “Saz” ansamblı Türkiyədə keçirilən “Cocuq bayramı” günlərində dəfələrlə iştirak edib. Onun yaratdığı “Saz” ansamblı Gürcüstanda keçirilən Folklor festivalında birinci yerə çıxaraq “Qran-Pri” mükafatına layiq görülüb. O, 1930-cu ildə Sadaxlının yaxınlığındakı Mollaoğlu kəndində anadan olub. Aşıq Məhəmməd Sadaxlı “Borçalı bülbülü” kimi məşhur olan ustad sənətkar Açıq Xındı Məmmədin şagirdi olub. Aşıq yaradıcılığının özünəməxsus incəliklərini, saz havalarını dərindən bilən və ifa edən Aşıq Məhəmməd Sadaxlı ədəb-ərkanı ilə, səhnə mədəniyyəti ilə, saza-sözə xüsusi hörməti ilə yaddaşlara hopan və dillərdə əzbər olan ustaddır”.

APA-nın məlumatına görə, ustad Aşıq Məhəmməd Sadaxlı onlarla dastan və şeirlər, dörd kitab müəllifidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR