Bank Of Baku

Azərbaycanlı vokalçı Yekaterinburqda keçiriləcək beynəlxalq müsabiqədə iştirak edəcək

Azərbaycanlı vokalçı Yekaterinburqda keçiriləcək beynəlxalq müsabiqədə iştirak edəcək
# 12 may 2010 11:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının 100-cü mövsümünün ilk tamaşası olan Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasında Əsgər bəy rolunun ifaçısı Fərid Əliyev mayın 18-də Yekaterinburqa yola düşəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, solist Yekaterinburqda keçiriləcək V. A. Kuroçkina adına gənc opera və müzikl artistlərinin III Beynəlxalq müsabiqəsində iştirak edəcək.
Solist-vokalist Fərid Əliyev 1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solistidir. İşlədiyi müddət ərzində həm rus, həm də Azərbaycan bölmələrində tamaşaya qoyulan “Şən dul qadın” (F. Leqar), “Maritsa” (İ. Kalman), “Silva” (İ. Kalman), “Çılğın Qaskoniyalı” (Q. Qarayev), “Talelər qovuşanda” (R. Hacıyev, F. Zöhrabov), “Volqalı canan” (R. Mustafayev, C.Məmmədov), “Aldın payını, çağır dayını” (V. Adıgözəlov, Anar), “O olmasın, bu olsun”, “Arşın mal alan” (Ü. Hacıbəyli) kimi tamaşalarda əsas partiyaları ifa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR