Bank Of Baku

Şirvanşahlar Sarayında “Muğam axşamları” layihəsi çərçivəsində növbəti konsert keçirilib

Şirvanşahlar Sarayında “Muğam axşamları”  layihəsi çərçivəsində növbəti konsert keçirilib
# 12 may 2010 15:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Şirvanşahlar Sarayı Kompleksində “Muğam axşamları” layihəsi çərçivəsində növbəti konsert keçirilib. APA-nın məlumatına görə, layihə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati və informasiya dəstəyi ilə həyata keçirilir. Bugünkü konsertdə gənc muğam ifaçısı Arzu Əliyevanın ifasında muğamlar, Azərbaycanın xalq mahnıları səslənib. Muğam ifaçısını tarda Humay Qədimova, kamançada isə Sevinc Bağıyeva müşayiət edib. Arzu Əliyeva bu layihəyə adının salınmasından fərəh hissi keçirdiyini vurğulayıb. Humay Qədimova isə Arzu Əliyeva ilə bir ilə yaxındır ki, bir yerdə çalışdıqlarını deyib, bu layihədə iştirakından məmnunluq duyduğunu vurğulayıb.

Qeyd edək ki, fevralın 24-dən start götürən bu layihə 20 həftə davam edəcək. Layihə 2007-2008-ci illərdə YUNESKO, Mədəniyyət və Turizm Nazirliyi və Yaponiya Hökumətinin dəstəyi ilə Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Komitəsi tərəfindən icra olunan “Əbədi Muğam“ layihəsi çərçivəsində Şirvanşahlar Sarayı Kompleksində keçirilən həftəlik muğam konsertləri silsiləsinin davamıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR