Bank Of Baku

Beynəlxalq festivallarda iştirak edən “40-cı qapı” filmi Heydər Əliyev Sarayında nümayiş olunacaq

Beynəlxalq festivallarda iştirak edən “40-cı qapı” filmi Heydər Əliyev Sarayında nümayiş olunacaq
# 15 may 2010 08:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dövlət sifarişi ilə “Ritm production” prodüser mərkəzində çəkilən "40-cı qapı" filmi qısa müddət ərzində iyirmiyə yaxın beynəlxalq festivalda iştirak edib. Film və onun müəllifləri bir sıra mükafatlara, o cümlədən “Ən yaxşı film”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı operator işi”, “Ən yaxşı debüt”, “Ən yaxşı xarici film” və başqa mükafatlar alıb. APA-nın məlumatına görə, mayın 20-də Heydər Əliyev Sarayında filmin yeni təqdimatı keçiriləcək. Filmin ssenari müəllifi və rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşarat, rəssamı Elxan Nəbiyev, bəstəkarı Natavan Faiq, səs rejissoru Məsud Behnamdır. Filmdə rollarda Həsən Səfərov, Rövşən Ağayev, Gülər Nəbiyeva, Elmira Şabanova, Rafiq Əzimov və başqaları çıxış edirlər. A
Qeyd edək ki, aprel ayında “Azərbaycan Kinosu Həftəsi” proqramında film ölkənin bir sıra bölgələrində nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR